• Bakı 30° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə İMZALADI
DÜNYA
27 Iyul 2025 | 08:41

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə İMZALADI

İstanbulda davam edən “IDEF 2025” sərgisi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, müqaviləni Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün, Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) İdarə Heyətinin sədri Ömər Cihad Vardan və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin imzalayıb.

Mərasimdə çıxış edən Haluk Görgün bu razılaşmanın Türkiyənin Cümhuriyyət tarixində müdafiə sənayesi sahəsində bağlanmış ən böyük ixracat müqaviləsi olduğunu bildirib.

Ölkəsinin müdafiə sənayesində yerli istehsal payının 83 faizə yüksəldiyini vurğulayan Görgün həyata keçirdikləri layihələr, hazırlanan sursatlar və digər sistemlərlə bağlı bir çox rekorda imza atdıqlarını, bir çox ölkə ilə müqavilələr bağladıqlarını bildirib.


SON XƏBƏRLƏR

26 Iyul 2025