Bakıvaxtı.az bu günün qoroskopunu təqdim edir.
Qoç
Enerjili bir gündür. Yeni qərarlar vermək, risk almaq üçün münasib vaxtdır. İşdə özünüzü daha sərbəst ifadə edəcəksiniz.
Buğa
Sakit qalmaq çətin ola bilər. Maliyyə ilə bağlı gözlənilməz xərclər mümkündür. Günün ikinci yarısı daha məhsuldardır.
Əkizlər
Ünsiyyət üçün ideal gündür. Gözlənilməyən telefon və ya mesaj sizi sevindirə bilər. İşgüzar danışıqlarda uğur var.
Xərçəng
Duyğusal dalğalanmalar mümkündür, amma günün sonuna doğru hər şey yoluna düşəcək. Ailə ilə bağlı xoş xəbər ehtimalı var.
Şir
Ön plana çıxacağınız bir gündür. Yaradıcı işlərdə yüksəliş, rəhbərlikdən dəstək mümkündür. Qısqanclıqlardan uzaq durun.
Qız
Planlarınızı yeniləmək üçün uyğun zamandır. Səhər saatlarında qarışıqlıq ola bilər, amma günortadan sonra işlər düzəlir.
Tərəzi
Duyğusal münasibətlərdə harmoniya güclənir. Estetik və yaradıcılıqla bağlı uğurlar mümkündür. Kiçik səfərlər üçün əlverişlidir.
Əqrəb
Gərginlik verə biləcək xəbərlər ala bilərsiniz, lakin soyuqqanlılıqla hər şeyi yoluna qoyacaqsınız. Gizli planlar üçün əlverişli gündür.
Oxatan
Sürətli qərarlar verməli olacaqsınız. Peşəkar sahədə irəliləyiş görünür. Axşam dostlarla vaxt keçirmək yaxşı təsir edəcək.
Oğlaq
Karyera mövzuları ön plandadır. Planlı hərəkət etsəniz gün çox məhsuldar keçəcək. Pul məsələlərində ehtiyatlı olun.
Dolça
Yaradıcı ideyalar axını güclənir. Nə zamandır düşündüyünüz dəyişiklik üçün ilk addımı ata bilərsiniz. Səyahət planları uğur gətirə bilər.
Balıq
Hissləriniz güclənir, intuitiv qərarlar doğru çıxacaq. Pul və ya sənəd məsələsində müsbət irəliləyiş mümkündür.
Bakı 












