• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Yusuf Güney saxlanıldı
DÜNYA
09 Aprel 2026 | 14:38

Yusuf Güney saxlanıldı

Məşhur türkiyəli müğənni Yusuf Güney saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ensonhaber" nəşri məlumat verib.

Məlumata görə, buna səbəb müğənninin "YouTube" videosunda təbliğatını apardığı bir çay növünün tərkibində qadağan olunmuş maddənin aşkarlanması olub.

Bildirilir ki, Yusuf Güney videosunda "Ayahuska" çayını həvəsləndirici şəkildə təbliğ etdikdən sonra bununla bağlı araşdırma aparılıb və çayın tərkibində DMT maddəsi (Dimetiltriptamin - bitkilərdə, heyvanlarda və insan beynində təbii olaraq tapılan, güclü halüsinogen təsirə malik psixodelik maddədir) müəyyən edilib. DMT isə Narkotik Maddələrə Nəzarət haqqında 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddə hesab edilir.

Bu araşdırmadan sonra Yusuf Güney hüquq-mühafizə orqanları tərəfindən nəzarət altına alınıb./Oxu.Az


SON XƏBƏRLƏR