"Brent" markalı neftdə ucuzlaşma qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, "Brent" neftinin bir barelinin qiyməti 94,05 dollara qədər düşüb. Qeyd edək ki, ötən hərraclarda 97,79 dollara qədər yüksələn neft günün sonunda 94,98 dollardan bağlanmışdı.
Qiymətlərin enməsinə əsasən ABŞ və İran arasında danışıqların yenidən bərpa oluna biləcəyi ilə bağlı gözləntilər təsir edib. Bu xəbərlər qlobal bazarda neft tədarükünün kəsilməsi ilə bağlı narahatlıqları xeyli azaldıb.
Bununla belə, Yaxın Şərqdə İsrail-Livan gərginliyinin davam etməsi və bölgədəki hərbi əməliyyatlarla bağlı gələn növbəti açıqlamalar neft qiymətlərindəki daha kəskin enişi məhdudlaşdıran əsas amil olub.
Mütəxəssislərin fikrincə, hazırda Brent neftində 94,97 dollar müqavimət, 93,53 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
Dünya Balakişiyeva
BDU-nun Jurnalistika fakültəsinini IV kurs tələbəsi
Bakı 




