• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

İran İsraili atəşkəsi pozmaqda ittiham edib

DÜNYA

02 Iyun 2026 | 12:37

İran İsraili atəşkəsi pozmaqda ittiham edib

İran rəsmiləri İsrailin hərbi addımları ilə bağlı kəskin xəbərdarlıq ediblər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Tehran İsrailin Livana hücumları və Qəzzadakı əməliyyatları ABŞ ilə aparılan atəşkəs danışıqlarını pozduğunu bəyan edib.

İranın xarici işlər naziri Abbas Araqçi mövzu ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, İsrailin Livana qarşı genişlənən hərbi əməliyyatları və ölkə ərazisinə endirdiyi zərbələr atəşkəsin pozulması deməkdir. Abbas Araqçi, həmçinin ABŞ-nin İran limanlarına qarşı davam edən dəniz mühasirəsini də eyni dərəcədə təhlükəli addım adlandırıb.

Tehran rəsmilərinin fikrincə, bu gərginlik Vaşinqtonla aparılan və rəsmiləşməsi onsuz da uzanan diplomatik danışıqları tamamilə alt-üst edə bilər.

Fatimə İbrahimova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


SON XƏBƏRLƏR