• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

10 il əvvəl finala çıxan serial yenidən qayıdır

MƏDƏNİYYƏT

29 Sentyabr 2022 | 01:29 | Müəllif: Qalib İbrahimoğlu

10 il əvvəl finala çıxan serial yenidən qayıdır

"Fox TV"nin unudulmaz seriallarından biri olan "Arka sıradakiler" 2007-2012-ci illər arasında milyonların marağına səbəb olmuş və böyük uğur qazanmışdı.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 197 seriyası yayımlanan və türk serialları tarixinin ən diqqətçəkən layihələrindən biri kimi tanınan serialın yeni bölümlərlə ekranlara qayıdacağı məlum olub.

Serialın ulduz aktyorlarının layihənin yeni versiyası üzərində işlədikləri açıqlanıb.

""Arka sıradakiler" orta məktəb həyatı haqqında bir layihə idi, lakin onun geri dönüşü fərqli olacaq" deyən Bülent Çetinaslan geniş açıqlama vermək istəməyib. O, lisey həyatından danışmağın mənası olmadığını və hər kəsin dəyişdiyini bildirib.

"Arka sıradakiler" layihəsini həyata qaytarmaq üçün həm çox çalışdıqlarını, həm də həyəcanlı olduqlarını deyən  Çetinaslan qeyd edib ki, köhnə komandanın ruhunu toplamağa çalışırlar.

Aytac Aslan


10 il əvvəl finala çıxan serial yenidən qayıdır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026