Burkina Fasoda ordunu hədəf alan hücumda 32 könüllü milis və 10 əsgər həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı 33 nəfər yaralanıb, ən azı 50 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Burkina Fasoda 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları hücumlar həyata keçirir.
Nuranə















