• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

18 kənddə elektrik şəbəkəsi yenilənib

CƏMİYYƏT

25 Iyul 2023 | 14:00

18 kənddə elektrik şəbəkəsi yenilənib

“Hesabat dövründə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 90 ədəd komplekt transformator məntəqəsində çəpərlənmə işləri yerinə yetirilib”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərişıq” ASC tərəfindən 2023-cü ilin 1-ci yarısında elektrik enerjisi verilişinin keyfiyyətinin yüksəldilməsi, şəbəkələrdə enerji itkilərinin azaldılması üçün Bakı şəhərində və
regionlarda görülmüş işlər haqqında mətbuat konfransında Cəmiyyətin Texniki Departament direktoru Vüsal Qənbərov bildirib. 

“552 ədəd 10 və 6 kV-luq, 26 ədəd 35 kV-luq, 12 ədəd 110 kV-luq güc transformatorlarında təmir, bərpa və sınaq işləri aparılıb.

Tədbirlər Planına salınmış 40  kəndin elektrik şəbəkəsinin yenilənməsi işləri üzrə 18 kənddə işlər yekunlaşıb, 22  kənddə işlər davam etdirilir”, - deyə Vüsal Qənbərov bildirib. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026