Məşhur dəniz alimi Roman Fedortsov insan dişləri olan balıq kəşf edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, alim tuttuğu balığın fotosunu sosial şəbəkədə paylaşıb. Sözügedən balığın ağzında insan dişlərinə oxşar dişlərin olması alimi heyrətləndirib.
"Qurd ilanbalığı" kimi tanınan bu balığı Rusiyanın şimal-qərbindəki Murmanskda aylarla davam edən dəniz macərasından sonra kəşf edib.
"Bu canlılar xərçəng və sərt qabıqlı heyvanları yeməyi xoşlayır və göründüyü qədər vəhşi deyillər. Uzunluğu 2,4 metrə qədər böyüyə bilən "Qurd ilanbalığı" su altında 200 metr dərinlikdə də yaşaya bilirlər",-deyə alim qeyd edib.
Onun bu kəşfini izləyiciləri maraqla qarşılayıb.
Xəyalə Rza


















