• Bakı 20° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

1854 əkiz, 72 üçəm dünyaya gəlib

CƏMİYYƏT

12 Sentyabr 2025 | 10:58

1854 əkiz, 72 üçəm dünyaya gəlib

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54898 doğulan körpə qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd edilib.

    Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.

    Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

    Doğulan körpələrdən 1854-ü əkiz, 72-si isə üçəm olub.


    SON XƏBƏRLƏR

    11 Sentyabr 2025