• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

2 nəfər meymunçiçəyinə yoluxdu

DÜNYA

07 Iyun 2023 | 11:43

2 nəfər meymunçiçəyinə yoluxdu

Çinin paytaxtı Pekində meymunçiçəyi virusuna yoluxmuş 2 nəfər karantinə alınıb. Müalicə olunan xəstələrin vəziyyətinin stabil olduğu bildirilir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Pekin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin verdiyi açıqlamada xəstəliklə təmasda olan bir şəxsdə xarici mənşəli bir yoluxmanın görüldüyü və başqa bir virusun aşkar edildiyi bildirilib. Açıqlamada virusa yoluxmuş 2 nəfərin xəstəxanada karantinə alındığı, bələdiyyə və rayon səhiyyə müəssisələri tərəfindən izləndiyi qeyd edilib.

Qeyd edək ki, Mərkəzi və Qərbi Afrika ölkələrində rast gəlinən meymunçiçəyi virusu indiyədək 111 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada meymunçiçəyi virusunun 90 faiz azaldığı və artıq beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə fövqəladə hadisəsi olmadığı bildirilib.

Çiçək xəstəliyinə bənzəyən meymunçiçəyi virusu ilə qarşılaşan xəstələrdə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, üşütmə, dəri qabıqlanması kimi əlamətlər görülür.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026