• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Priqojin və ya Kadırov Kremlə hücum etsə... - Zelenski

DÜNYA

07 Iyul 2023 | 08:48 | Müəllif: Subhan Mahmudov

Priqojin və ya Kadırov Kremlə hücum etsə... - Zelenski

Bir gün Yevgeni Priqojin və ya Çeçenistan rəhbəri Ramzan Kadırov kimi birisi Kremlə yürüş etsə, təəccüblənməyin.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Rus ordusunun döyüşə ən hazır bölmələrini məhv etdik. Putin indi Ukraynadakı terrorunu davam etdirmək naminə silah əldə etmək üçün İran kimi rejimlərin qarşısında özünü aşağılamağa məcburdur”, - o bildirib.

Zelenski Putinin zəif olduğunu, Rusiyanın regionlarını öz yaraqlılarından qoruya bilmədiyini deyib:

“Əgər bir gün Priqojin və ya məsələn, Kadırov kimi biri birbaşa Kremlə yürüş etsə, təəccüblənməyə dəyməz”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026