Şovi kurortunda sürüşmə qurbanlarının sayı yenidən artıb.
Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, xilasedicilər fəlakət zonasında itkin düşən on yeddinci şəxsin cəsədini tapıblar.
20:53
Torpaq sürüşməsi nəticəsində itkin düşən daha bir şəxsin cəsədi xilasedicilər tərəfindən Şovi kurortunda təbii fəlakət zonasında tapılıb.
Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 16 nəfərə çatıb.
Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə ediblər.
19:48
Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Bakıvaxtı.az bildirir ki, bu yaxınlarda axtarış-xilasetmə əməliyyatları zamanı daha bir nəfərin cəsədi tapılıb.
Bu gün səhər saatlarında hərbçilər axtarışlara qoşulub. Ərazidə ümumilikdə 400-ə yaxın xilasedicinin çalışdığı bildirilib.
Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib.
















