• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lvova raket hücumu: Qurbanların sayı artır

DÜNYA

07 Iyul 2023 | 09:34 | Müəllif: Qalib İbrahimoğlu

Lvova raket hücumu: Qurbanların sayı artır

Rusiya silahlı qüvvələrinin Lvova raket hücumu qurbanlarının sayı artıb.

Bu barədə Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir.

Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib ki, iyulun 7-i səhər saatlarına olan məlumata görə, Rusiya raketinin parçaları ilə zədələnmiş yaşayış binasının dağıntıları altından 9 nəfərin cəsədi çıxarılıb.

"Lvov. Rusiyanın raket atəşi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 42 nəfər (o cümlədən üç uşaq) xəsarət alıb. Xilasetmə və axtarış işləri davam edir", - məlumatda deyilir.

Son məlumata görə, hadisə qurbanlarının sayı 10-a çatıb.

"Hazırda xilasedicilər mərhumu dağıntılar altından çıxarır. Bununla da axtarış-xilasetmə əməliyyatı yekunlaşacaq", - deyə DİN-in məlumatında qeyd  olunur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026