• Bakı 23° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qriqoryan Sallivanla görüşdü

DÜNYA

07 Iyul 2023 | 09:34

Qriqoryan Sallivanla görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Armen Qriqoryan "Facebook" hesabında bildirib.

Onun sözlərinə görə, görüş iyulun 6-da Ağ Evdə baş tutub.

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, görüşdə regional və qeyri-regional təhlükəsizlik vəziyyəti və problemləri müzakirə olunub.

"Bu kontekstdə mən həmsöhbətimə bir sıra mühüm istiqamətlər üzrə Ermənistan tərəfinin yanaşmalarını təqdim etdim. Biz ikitərəfli maraq doğuran digər məsələlər barədə danışdıq, xüsusilə enerji, iqtisadiyyat və demokratiya çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını vurğuladıq", Qriqoryan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026