• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

20 kiloqramdan artıq narkotik, 3 ton çətənə kolu aşkarlanıb

HADİSƏ

24 Iyul 2025 | 10:24 | Müəllif: Əli Hüseynov

20 kiloqramdan artıq narkotik, 3 ton çətənə kolu aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 23-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat zamanı ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə və 1992 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.

Bundan əlavə, yabanı halda bitmiş, ümumi çəkisi 3 tondan artıq olan 16 619 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qanunsuz dövriyyə və kultivasiya halları ilə bağlı qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR