İndoneziyanın Şimali Maluku vilayətinin Sula adaları yaxınlığında gəmilərdən birində güclü yanğın olub.
Bu barədə Rusiyanın İndoneziyadakı səfirliyindən məlumat yayılıb.
Yanğın zamanı gəminin göyərtəsində 200 sərnişin olub.
Məlumata əsasən, bütün sərnişinlər gəmidən təxliyə olunub, xəsarət alan olmayıb. Sərnişinlərin ən yaxın adalardan birinə aparıldığı vurğulanıb./axar/















