• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bərdədə həmkəndlisini qayçı ilə öldürən şəxs tutulub

HADİSƏ

29 Iyun 2021 | 10:02

Bərdədə həmkəndlisini qayçı ilə öldürən şəxs tutulub

İyunun 28-i saat 01 radələrində Bərdə rayon, İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bərdə rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026