• Bakı 18° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

21 ildən sonra “Avroviziya” səhnəsində - VİDEO

MƏDƏNİYYƏT-ŞOU

10 May 2024 | 09:04

21 ildən sonra “Avroviziya” səhnəsində - VİDEO

Türkiyəli pop-ulduz Sertab Erener yenidən “Avroviziya” səhnəsində çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi Malmö şəhərində baş tutan ikinci yarımfinalda xüsusi qonaq qismində səhnə alıb.

Erener ona 2003-cü ildə “Avroviziya”da qalibiyyət gətirmiş “Everyway That I Can” mahnısını ifa edib.

Xatırladaq ki, 2012-ci il dekabrın 14-də TRT telekanalı Türkiyənin “Avroviziya” müsabiqəsindən çıxdığını rəsmi şəkildə bəyan edib. Əsas səbəb mövcud səsvermə sistemi və “Böyük beşlik” ölkələrinin statusundan narazılıq olub. 2013-cü ildən ölkə yarışmada iştirak etmir. 

 


SON XƏBƏRLƏR