Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan "Boris" fırtınası İtaliyaya çatıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, fırtına Şimali İtaliyanın Emiliya-Romanya bölgəsində böyük dağıntılara səbəb olub.
Belə ki, güclü yağışların daşqın və torpaq sürüşməsinə çevrilməsi nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.
İtaliya Xilasetmə Qrupu tərəfindən verilən açıqlamada 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb.
Həmçinin 5 dəmir yolu xəttində də nəqliyyatın dayandırıldığı qeyd olunub.
Mina Mikayılova
















