• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

3-cü doza kimlərə vurulacaq? - RƏSMİ

CƏMİYYƏT

16 Iyul 2021 | 10:51

3-cü doza kimlərə vurulacaq? - RƏSMİ

“Vətəndaşlar 2022-ci ilin 1 yanvar tarixinədək icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlana bilər.”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıvaxtı.az-ın soruğusuna cavabında bildirib ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara 3-cü doza vaksin vurulması məqsədə uyğundur:

“Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin 14 iyul 2021-ci il tarixli məlumatına əsasən 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.”

Agentlik vətəndaşların sığorta xidmətlərindən hansı çərçivədə istifadə edə bildiklərində də söz açıb:

“İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər

qeydiyyatda olduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisəsində göstərilməsi mümkün deyilsə, vətəndaş göndəriş əsasında TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Müqaviləli tibb müəssisələri ilə buradan (https://mail.google.com/mail/u/0/#inbox/FMfcgzGkZQMDjTWfnZzzkXjTrSPMdkTl?projector=1&messagePartId=0.1) tanış ola bilərsiniz. Agentlik koronovirus pandemiyası ilə əlaqədar müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət etmişdir. Bu halda vətəndaşlar 2022-ci ilin 1 yanvar tarixinədək icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlana bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR