Ötən gün Kürdəmirdə baş verən ağır yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, “Hyundai” markalı üç avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri – İmişli rayon sakini, 29 yaşlı Həsənli Günel Asif qızı müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılarkən yolda dünyasının dəyişib.
Faktla bağlı araşdırma aparılır.(report)
















