• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"3 gündə 61 məktəb distant tədrisə keçdi" - Nazir

GÜNDƏM

03 Aprel 2021 | 16:17

"3 gündə 61 məktəb distant tədrisə keçdi" - Nazir

Novruz bayramından sonra dərslər başladıqdan sonra 3 gün ərzində - martın 29, 30 və 31-də 61 məktəb distant tədrisə keçib. Onların 24-ü Bakının payına düşürdü.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

E.Əmrullayev qeyd edib ki, gündəlik yoluxmaların 4,6 faizi müəllimlərin payına düşüb. Bu yoluxmalar yalnız məktəblərdə olmayıb.

Nazirin sözlərinə görə, fevralın sonlarından başlayaraq, COVİD-19-a yoluxma sayının artması müşahidə edilirdi: “Novruz bayramından sonra da məktəblər şagirdlərin üzünə açıq idi. Lakin yoluxma sayı hər gün demək olar ki, 2500-dir. Bu şəraitdə təbii ki, müəyyən qərarlar verilməli idi”.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026