• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

35 yaşlı futbolçu evində ölü tapıldı

İDMAN

02 Aprel 2024 | 11:09 | Müəllif: Subhan Mahmudov

35 yaşlı futbolçu evində ölü tapıldı

Milli Futbol Liqasının (NFL) keçmiş oyunçusu Vontey Devis 35 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sportsnet" məlumat yayıb.

"İndianapolis Kolts"un sabiq üzvünün cəsədi bazar ertəsi Floridadakı evində tapılıb. Polisin hesabatında idmançının cəsədində zorakılıq nəticəsində ölüm əlamətlərinin olmadığı qeyd edilib. Bununla belə, hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırmağa davam edir.

Qeyd edək ki, Devis NFL-də 121 oyun keçirib. O, 2018-ci ildə karyerasını başa vurub./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026