q
  • Bakı 18° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.2989

 3x3 basketbol millimizin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib

İDMAN

14 Avqust 2024 | 11:01

 3x3 basketbol millimizin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.

Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın “Düsseldorf ZOOS” klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək.

Avqustun 17-də “Düsseldorf ZOOS”la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq. İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlayacaq.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.


SON XƏBƏRLƏR

14 May 2026