Yaşlanma qorxusu bir çox insanda görülən ümumi qorxulardan biridir. Hər yaşın üstünlükləri və mənfi cəhətləri var. İnsan orqanizmi üçün dönüş nöqtələrindən biri olan 40 yaş dəyişikliklərin ən çox göründüyü dövrdür.
Bakıvaxtı.az40 yaşdan sonra bədəndə baş verən mühüm dəyişiklikləri təqdim edir.
1. Zamanla dad bilmə duyğusu dəyişir
İnsan, təxminən, 9 min dad reseptoru ilə doğulur. Yaşlandıqca dad reseptorları bir qədər azalır, duzlu, şirin, acı və turş kimi dad bilmələr qismən yox olmağa başlayır. Bu o demək deyil ki, zövqləri ayırd etmək mümkün deyil, sadəcə olaraq dadlar əvvəlkindən daha az hiss olunur.
2. İmmunitet sistemi güclənir
40 yaşa qədər bir çox virus və bakteriyaya məruz qaldığı üçün orqanizmin immun sistemi güclənir və daha az xəstələnir
3. Qulaq və göz zəifləyir
40 yaşında görmə və eşitmə problemləri yarana bilər. Zamanla yorulan orqanlarda baş verən bu zəifləmələr normaldır. Həkimə müraciət etməklə onların irəliləməsinin qarşısı alına bilər.
4. Həzm sistemi daha ləng işləyir
Əgər 20 yaşında yediyiniz yeməyi 40 yaşında yeyirsinizsə, çox tez kökələcəksiniz. 40 yaşdan sonra orqanizm əzələləri itirməyə başlayır və maddələr mübadiləsi əvvəlki kimi işləmir. Bu vəziyyətin qarşısını almaq üçün sağlam qidalanaraq idman edə bilərsiniz.
5. Yaşlandıqca balacalaşırsınız
İnsanlar 30 yaşdan sonra tədricən kiçməyə başlayırlar. Fərqi 40 yaşına çatanda görmək olar. Arkanzas Tibb Elmləri Universitetinin topladığı məlumatlara görə, kişilər 30-70 yaş arasında tədricən, qadınlar isə konkret 2,54 sm qısalır.
6. Dişləriniz daha həssas olur
Dişlər müəyyən yaşdan sonra köhnə quruluşunu itirir, ona görə də, mütəmadi olaraq diş həkiminə müraciət etmək tövsiyə olunur.
7. Laktoza qarşı dözümsüzlük yaranır
Bəzi insanlar süd məhsullarını uşaqlıqdan həzm edə bilmir, bəzi insanlar isə bu vəziyyəti daha sonra yaşaya bilərlər. Laktoza qarşı dözümsüzlük, adətən, 40 yaşdan yuxarı amerikalı və asiyalı qadınlara təsir göstərir.
Bu yaşda laktozanın həzminə kömək edən laktaza fermentinin səviyyəsi azalır və süd məhsullarının həzm edilməməsinə səbəb olur.
8. Daha yaxşı valideyn ola bilərsiniz
40 yaşlı kişi və qadınlar daha çox həyat təcrübəsinə malik olduqları üçün çətinliklərin öhdəsindən daha yaxşı gələ bilirlər. Üstəlik, 20 yaşlı insanlarla müqayisədə maddi cəhətdən daha etibarlı ola bilərlər.
9. Saçlarınız seyrəkləşə bilər
Saç tökülməsi, adətən, kişilərdə olur, hətta bir çox kişi 30 yaşdan əvvəl saçlarını itirir. Qadınlarda saç tökülməsi kişilərə nisbətən daha yavaş olur.
10. Daha cəlbedici və özgüvənli olarsınız
Psixoloqlar deyirlər ki, 40 yaşdan sonra qadınlar 20 və 30 yaşlı qadınlardan daha çox özgüvənli olurlar. Qadınlar müəyyən yaşdan sonra xırda şeylərdən daha az narahat olur, maddi cəhətdən müstəqil olur, zəhərli insanlardan uzaqlaşırlar. Ümumiyyətlə, cinsindən asılı olmayaraq insanlar müəyyən yaşdan sonra ətrafdakı insanları yenidən qiymətləndirirlər.
Ay Tac















