• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

40 yaşlı İbrahimoviçə yeni müqavilə təklifi

İDMAN

19 Fevral 2022 | 14:30 | Müəllif: Subhan Mahmudov

40 yaşlı İbrahimoviçə yeni müqavilə təklifi

"Milan" futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif etməyə hazırlaşır. 

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb. A seriyası təmsilçisi oktyabr ayında 41 yaşı tamam olacaq hücumçuya yeni sözləşmə təklif edəcək. Lakin İbrahimoviç bu müqavilə ilə razılaşsa, onun maaşı əhəmiyyətli dərəcədə azaldılacaq. Belə ki, oyunçu hazırda illik 7 milyon avro məvacib alır. Lakin "Milan" yeni sözləşmə imzalanacağı təqdirdə İbrahimoviçə illik 3 milyon avro əməkhaqqı ayıracaq. Bonuslarla birlikdə isveçli futbolçunun qazancı 5 milyon avroyadak arta bilər.

Qeyd edək ki. İbrahimoviçin "Milan"la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026