Şəmkir sakini özünə kəsici alətlə xəsarət yetirib.
Bakıvaxtı.az apa-ya istinadən bildirir ki, hadisə şəhərin Şəmkir küçəsində qeydə alınıb.
1976-ci il təvəllüdlü Pərviz Sərdarov bədənin müxtəlif hissələrinin kəsilmiş yarası ilə xəstəxanaya yerldirilib. Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 46 yaşlı kişi özünə sərxoş vəziyyətdə xəsarət yetirib. Onun hərəkətinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
















