• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İndi də tutuquşu qızdırması epidemiyası: ÜST-dən XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 Mart 2024 | 16:39

İndi də tutuquşu qızdırması epidemiyası: ÜST-dən XƏBƏRDARLIQ

Avropada yayılan tutuquşu qızdırması epidemiyasından 5 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumatda xəstəlik nəticəsində ciddi pnevmoniya, beyin və ürək iltihabının yarana biləcəyi qeyd olunub.

Xəstəlik insanlara çöl və ya ev quşları ilə təmasdan sonra keçir.

Tutuquşu qızdırmasının simptomları qripə bənzəsə də, xəstələr həmçinin qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrıları və quru öskürəkdən şikayət edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin qarşısını almaq üçün antibiotik müalicəsinin vacib olduğunu bildirib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR