Amerikalı milyarder İlon Mask avqustun 8-də “Tesla” elektromobili əsasında hazırlanmış robotaksi təqdim etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tesla” avtomobil istehsalçısının sahibi özünün “X” sosial şəbəkə hesabında xəbər verib.
Biznesmen bir neçə ildir ki, layihə haqqında danışır. Maskın açıqlaması “Tesla” səhmlərinin üç faizdən çox artmasına səbəb.olub.

















