• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

8 il öncə itkin düşən təyyarə okeanın dibində tapıldı

DÜNYA

12 Yanvar 2024 | 21:40 | Müəllif: Subhan Mahmudov

8 il öncə itkin düşən təyyarə okeanın dibində tapıldı

Hindistana məxsus An-32 hərbi təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Hind okeanının dibində tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 8 il öncə yoxa çıxan və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları dərin dəniz tədqiqatları zamanı tapılıb.

Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparatın köməyi ilə həyata keçirilib.

Xatırladaq ki, 2016-cı il iyulun 22-də itkin düşən təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026