• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

8 ildir komada olan aktyordan XƏBƏR VAR

MƏDƏNİYYƏT

08 Dekabr 2022 | 16:03

8 ildir komada olan aktyordan XƏBƏR VAR

2014-cü ildə idmandan sonra saunada yıxılan aktyor Kənan İşıq 8 ilə yaxındır ki, evində müalicə alır.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xatırladır ki, hadisədən sonra 4 saatlıq əməliyyata aparılan Kənan İşıq həyati təhlükəsi olan vəziyyətdən sağ çıxsa da, 8 ildir huşsuz vəziyyətdədir.

Aktyorun ailəsi inun haqqında sosial şəbəkələrdə yazılardan narazıdır. Sosial şəbəkələrdə Kənan İşıqın son durumu ilə bağlı xoşagəlməz iddialar yer alıb statusu ilə bağlı yeni iddialar ortaya atılıb. Onunla bağlı "İndi oyansa, daha böyük şoka girib yenidən yatacaq" kimi şərhlər əks-reaksiya doğurub.

Kənan İşığın vəziyyəti ilə bağlı ötən aylarda dostu Ozan Zeybek də paylaşıb. Zeybek məşhur aktyora çox yaxşı baxıldığını, İşığın bədənində heç bir zədə və arıqlama olmadığını bildirib.

Sosial mediada yayılan son iddialara görə, İşığın vəziyyətində heç bir dəyişiklik yoxdur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026