ABŞ Azərbaycanın Ermənistana 10 hərbçini təhvil verməsini alqışlayır.
Bakıvaxtı.az xəbər ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays özünün "Twitter" səhifəsində paylaşıb.
"Azərbaycanın dekabrın 19-da Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçinin azad etməsini alqışlayırıq", - deyə paylaşımda bildirilir.
















