• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu marşrutun hərəkət sxemi dəyişdi

CƏMİYYƏT

18 Yanvar 2022 | 23:22 | Müəllif: Qalib İbrahimoğlu

Bu marşrutun hərəkət sxemi dəyişdi

M8 Maştağa - Gənclik metrostansiyası ekspres xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, dəyişikliyə əsasən, M8 xətti üzrə avtobusların Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığındakı dayanacaq məntəqəsi artıq ləğv edilib. Yəni Maştağa qəsəbəsi - Gənclik metrostansiyası istiqamətində avtobusların hərəkəti 19 yanvar tarixindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən keçməklə təşkil ediləcək.

Metronun “Gənclik” stansiyası istiqamətində M8 xətti ilə hərəkət edəcək sərnişinlərdən ikinci perrondan istifadə etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026