• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda arvad ərinə görə öz anasını məhkəməyə verdi - VİDEO

CƏMİYYƏT

17 Fevral 2022 | 18:43 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda arvad ərinə görə öz anasını məhkəməyə verdi - VİDEO

Qubada Qırmızı qəsəbə sakini Maqiya Abdıyeva öz anasından şikayətçidir. Ana-qız arasındakı narazılığa səbəb isə 6 yaşlı uşaqdır.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, Maqiya vaxtilə küsülü olduğu həyat yoldaşı Elnurla barışdığı üçün anası buna etiraz edib.

Övladı ilə birlikdə 3 il anasının yanında qalan Maqiya deyir ki, 2018-ci ildən həyat yoldaşı ilə yenidən nikah bağlayıb. Maqiya ər evinə qayıtsa da anası azyaşlı övladını ona qaytarmaq istəmir.

Şikayətçi deyir ki, məsələ ilə əlaqədar məhkəməyə müraciət edib və uşağın ona qaytarılması ilə bağlı qərar qəbul olunub. Buna baxmayaraq, anası Nuriyyə Abdurrəhmanova hər dəfə onu qapıdan qovur. Maqiyanın qayınanası Fəridə Abdıyeva da nəvəsinin valideynlərinə qaytarılmasını tələb edir.

Qarşı tərəf isə əksini iddia edir. Maqiyanın anası Nuriyyə Abdurrəhmanova bildirir ki, onun azyaşlını verməklə bağlı  problemi yoxdur. Lakin uşaq özü getmək istəmir.

Xatırladaq ki, Quba Rayon Məhkəməsi uşağın doğma anasına qaytarılması barədə qətnamə qəbul edib. İndi ailə övladlarının onlara qaytarılması üçün aidiyyəti orqanlardan kömək istəyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026