• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

TIR sürücülərinin yolu bağlaması ilə bağlı cinayət işi AÇILDI

CƏMİYYƏT

17 Fevral 2022 | 19:12 | Müəllif: Subhan Mahmudov

TIR sürücülərinin yolu bağlaması ilə bağlı cinayət işi AÇILDI

Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev Prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Qurum rəsmisi deyib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026