• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yeni radionun açılması üçün müsabiqə başa çatıb - SİYAHI

CƏMİYYƏT

17 Fevral 2022 | 19:26 | Müəllif: Subhan Mahmudov

Yeni radionun açılması üçün müsabiqə başa çatıb - SİYAHI

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, 17 fevral 2022-ci il tarixdə ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107.0 MHs işçi tezliyi) 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib:

"Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);

"Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM);

"İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio);

"İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio);

"ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio);

"Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası).

Şura müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində (19 mart 2022-ci ilədək) iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026