• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Yoluxma AZALDI, ölüm sayı ARTDI

CƏMİYYƏT

17 Fevral 2022 | 18:32 | Müəllif: Subhan Mahmudov

Yoluxma AZALDI, ölüm sayı ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 449 yeni yoluxma faktı qeydə alınıb, 9 372 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 764 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 324 nəfər müalicə olunaraq sağalıb, 9 157 nəfər vəfat edib. 41 721 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 558, bu günə qədər isə ümumilikdə 6 447 062 test icra olunub.


Yoluxma AZALDI, ölüm sayı ARTDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR