• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Orada heç kim döyülməyib, sadəcə deyiblər...” - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

17 Fevral 2022 | 22:45 | Müəllif: Subhan Mahmudov

"Orada heç kim döyülməyib, sadəcə deyiblər...” - RƏSMİ AÇIQLAMA

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfondən şiddətə məruz qaldıqlarını iddia ediblər.

Bakıvaxtı.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu iddialara cavab verib.

"Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, həmin şəxslərə xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR