• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-da ATIŞMA: Ölənlər və yaralananlar var

DÜNYA

17 Aprel 2022 | 15:43

ABŞ-da ATIŞMA: Ölənlər və yaralananlar var

ABŞ-da Pensilvaniya ştatının Pittsburq şəhərində atışma nəticəsində iki yeniyetmə ölüb, daha 9 nəfər yaralanıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Polisin ilkin araşdırmasına görə, icarəyə götürülən mülkdə çoxu azyaşlı olan 200-ə qədər adamın iştirakı ilə ziyafət təşkil edilib. Qapalı məkanlarda 50-yə qədər, çöldə isə daha bir neçə atəş açılıb. Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Polis hadisə yerinə gəldikdən sonra da atəş açılıb. Rəsmi məlumatda qeyd edilir ki, həmin məkandan xeyli gəncin uzaqlaşdığı görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026