ABŞ-ın Florida ştatını 4-cü kateqoriya intensivliyi ilə vuran “İan” qasırğası tropik yağış fırtınasına çevrilərkən, əyalətdə təbii fəakət nəticəsində həyatını itirənlərin sayı 64-ə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, Atlantik Okeanında güclənən külək 1-ci kateqoriya qasırğa olaraq Cənubi Karolina ştatına çatıb.
Hündürlüyü 12 metrə çatan dalğalar Floridanın qərb sahillərini yuyub, evləri və iş yerlərini dağıdıb, böyük maddi ziyana səbəb olub.
***21:39
ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Li rayonunda 16 nəfər, Şarlotta rayonunda 12 nəfər, Kollier rayonunda 8 nəfər ölüb. Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.
Florida qubernatoru Ron Desantis bildirib ki, qasırğa ştata tarixi ziyan vurub və onun tam bərpası üçün illər lazım olacaq. Ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.
















