Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon vasitəsilə taxıl sazişi ətrafındakı vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Taxıl sazişi ətrafında vəziyyət, Qafqazda son hadisələr və 3+3 regional platforması çərçivəsində əməkdaşlıq müzakirə edilib”, - məlumatda bildirilib.
















