• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İŞID-ın lideri ÖLDÜRÜLDÜ

DÜNYA

30 Noyabr 2022 | 19:59

İŞID-ın lideri ÖLDÜRÜLDÜ

İslam Dövləti (İŞİD) lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşin öldürülüb.

Bakıvaxtı.az-ın xəbər verir ki, bu barədə qrupun sözçüsü audiomüraciətində bildirib .

Qrup Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qürəşini canişin seçib.

Mart ayında ABŞ hərbçilərinin Suriyanın İdlibində İslam Dövlətinin liderlərindən birini məhv etdiyi bildirilmişdi. ABŞ hərbçilərinin genişmiqyaslı antiterror missiyası zamanı 6 uşaq və 4 qadın həlak olub. Əməliyyatın qurbanlarının ümumi sayı 13 nəfər olub.

Əl-Qüreyşi məhv edilməzdən əvvəl Amerika qüvvələri Suriyanın şimal-qərbində Türkiyə ilə sərhədə yaxın Atmeh kəndində yaraqlılarla iki saat fasiləsiz döyüşüb, həmçinin vertolyot dəstəyi göndərib.

Bundan sonra İslam Dövləti Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşini yeni lideri elan edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026