İran Beyrut hava limanından silah qaçaqmalçılığı üçün istifadə edir.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Amerikanın “The Hill” qəzetində material dərc olunub.
Məlumata görə, mülki təyyarələr vasitəsilə “Hizbullah” qruplaşmasına silah ötürür.
"İranın Livan ərazisindən istifadə edərək “Hizbullah”ı silahlandırması Yaxın Şərqdə yeni müharibənin başlanmasına səbəb ola bilər", - deyə müəllif yazır.
Xəbər dərc ediləndən sonra İsrail Livan hökumətinə xəbərdarlıq edib.
Təl-Əviv bəyan edib ki, İran Beyrut hava limanından Livan “Hizbullahı”na silah qaçaqmalçılığı üçün istifadə edərsə, sözügedən aeroport legitim hədəfə çevriləcək.
Bəzi ekspertlər isə hesab edirlər ki, Livanda belə müharibənin başlaması İran hakimiyyətinin planlarına daxildir. Belə ki, bununla Tehran ictimai rəyi xalq etirazlarından yayındıraraq gündəmi müharibə ilə doldura bilər.
















