• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İranda zəlzələ: 800 nəfərə yaxın yaralanan var - YENİLƏNİB

DÜNYA

29 Yanvar 2023 | 13:12

İranda zəlzələ: 800 nəfərə yaxın yaralanan var - YENİLƏNİB

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

 

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

***09:56

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.


SON XƏBƏRLƏR

24 Aprel 2024