Rusiya Federasiyası Ukraynaya yeni hücum taktikası tətbiq edir.
Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatına görə, Rusiya qoşunları qüvvələri müharibənin əvvəlində istifadə edilənlərdən daha kiçik və çevik hərbi birləşmələrə çevirməyə çalışır.
Ukrayna hərbçilərinin əlinə keçən rus dərsliklərində “hücum dəstəsi”nin taktikası təsvir edilib. Bu, möhkəmləndirilmiş ərazilərə cəbhədən hücumlar üçün optimallaşdırılmış batalyon ölçülü bölmədir. Qeyd olunur ki, dəstə altı T-72 tankı, 12 piyada döyüş maşını, bir sıra portativ termobarik reaktiv yaylım atəş sistemi, tank əleyhinə idarə olunan raket sistemləri, yedəkli artilleriya və özüyeriyən minaatanlardan ibarətdir. Quruluşun əsas manevr elementləri üç nəfərdən ibarət taktiki qruplara bölünmüş 12-15 nəfərlik hücum “taqımları”dır.
"Rusiya qoşunlarının T-72 tanklarından birləşmiş silah qrupunun bir hissəsi kimi deyil, arxadan yaxın atəş dəstəyi üçün istifadə etdiyi güman edilir. Piyadalara artan etibar və atəş dəstəyi üçün tankların arxadan ötürülməsi göstərir ki, Rusiya hərbi rəhbərlik piyadaların mühafizəsindən çox, əsas döyüş tanklarının qorunmasına üstünlük verir və bu, Rusiya zirehli bölmələrinin müharibənin birinci ilində məruz qaldığı böyük avtomobil itkiləri ilə bağlı son hesabatları əks etdirir”, - analitiklər deyir.
Murad Məmmədli
















