• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

40-dan çox uşaq naməlum maddədən zəhərləndi

DÜNYA

30 Mart 2023 | 09:32

40-dan çox uşaq naməlum maddədən zəhərləndi

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

"Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin mərkəzi aparatının nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq analizlər aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR