• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

İran genişmiqyaslı təlimlərə başladı

DÜNYA

28 Fevral 2023 | 11:57

İran genişmiqyaslı təlimlərə başladı

İranın Hava Hücumundan Müdafiə Qüvvələri “Ya Əli ibn-Abu Talib” şərti adı altında “Dövlət səmasının müdafiəsi 1401” ixtisaslaşmış təlimlərə başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatı “Alalam” yayıb.

Məlumata görə, təlim İranın şimal-qərb, qərb, şərq, cənub, şimal və mərkəzi rayonlarını əhatə edir.

Təlimə İran Silahlı Qüvvələri Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Qüvvələri, İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələri, Xatəmül-Ənbiya Birləşmiş Qüvvələrinin komandanlığı altında Hava Hücumundan Müdafiə Qüvvələrinin tağımları və texnikası cəlb olunub.

Təlim zaman nüvə obyektləri, elektrik stansiyaları, hərbi və iqtisadi obyektlərin qorunması tapşırıqları icra olunacaq.

Hərbi manevrdə 100-dən artıq döyüş təyyarəsi, pilotsuz uçan aparatları da iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026