• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hataydan DƏHŞƏTLİ GÖRÜNTÜ: Elə bil atom bombası düşüb - FOTOLAR

DÜNYA

28 Fevral 2023 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

Hataydan DƏHŞƏTLİ GÖRÜNTÜ: Elə bil atom bombası düşüb - FOTOLAR

Hatayın Defne rayonundakı zeytun bağında zəlzələlər 25 metrə qədər dərin yarıqlar yaradıb.

Bakıvaxtı.az "HaberGlobal"a istinadla xəbər verir ki, zəlzələdən sonra ərazidən çəkilən fortolar yayımlanıb. Fotoları görən şəxslər "əraziyə sanki atom bombası düşüb"  dəhşətə gəliblər.

Zəlzələnin gücündən bağ ikiyə bölünərək 100 metr irəli sürüşüb.

Bağın sahibi Serdal Özçelik qeyd edib ki, bağda min ədəd zeytun ağacı olub: "İldə 15-20 ton zeytun yağı istehsal edirdik. Zəlzələdən sonra tarlamız 100 metr irəli sürüşüb. Bağımız iki yerə bölünüb. Çətin vəziyyətdəyik”.

Zəlzələdə evlərinin də böyük ziyan gördüyünü deyən Özçelik bunları söyləyib:

"Çox silkələndik, qorxduq. Birinci zəlzələ olanda gəlib baxdıq, belə deyildi. Yarıq kiçik idi. İkinci zəlzələdə daha da böyüdü".

"Düşünmürəm ki, bu yer düzələcək, məhsulu alan olmayacaq. Tarlamız getdi, məhsulu sata bilmirik, yer yoxdur", - deyə Serdal Özçelik qeyd edib.

Murad Məmmədli


Hataydan DƏHŞƏTLİ GÖRÜNTÜ: Elə bil atom bombası düşüb - FOTOLARHataydan DƏHŞƏTLİ GÖRÜNTÜ: Elə bil atom bombası düşüb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026