• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Almaniya Qolodomoru soyqırım kimi tanıdı

DÜNYA

30 Noyabr 2022 | 23:33

Almaniya Qolodomoru soyqırım kimi tanıdı

Almaniya Parlamenti Qolodomoru - 1930-cu illərin əvvəllərində SSRİ-də baş vermiş kütləvi aclığı soyqırım aktı kimi tanıyıb.

Bakıvaxtı.az xəbər verir ki, qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb.

Qeyd olunub ki, baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı.
Sənəddə bildirilib ki, təkcə onun taxıl istehsal edən rayonları deyil, bütün Ukrayna aclıq və repressiyalardan əziyyət çəkib.

Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.


SON XƏBƏRLƏR

24 Aprel 2024